Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində təmir işləri davam etdirilir.
"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, artıq yeni dönmə əməliyyatı üçün nəzərdə tutulan keçid hazırdır.
Genişləndirilən digər ərazidə səki daşları düzülərək köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb. Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Mənbə:Milli.Az