Qadin.NET / Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı

Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı

 

Martın 21-də Gürcüstanın paytaxtı Tbilisidə  peşəkar kikboksinqin K-1 versiyası üzrə dünya kubokunun döyüşləri keçirilib. 
Milli.Aza azerisport.com-a istinadən bildirir ki, Azərbaycanı üç idmançı - Nicat Nəcəfzadə (45 kq), Nicat Vəliyev (75 kq) və Xəyal Əhmədov (86 kq) - təmsil edib.
Onların hər üçü finala vəsiqə, finalda isə uğur qazanıb. Xüsusilə Əhmədov fərqlənib. O, ikinci raundda erməni rəqibini nokauta göndərərək turnirin qalibi olub.

Mənbə:Milli.az

 

24 mart 2015
GO BACK