Qadin.NET / Qəhvə sirrozu məhv edir

Qəhvə sirrozu məhv edir

 

Alimlər inanırlar ki, gündə bir neçə fincan qəhvə qaraciyəri qoruyur və bərpa edir.
Milli.Az azar.az-a istinadən xəbər verir ki, qəhvənin tərkibində olan maddələr qaraciyər fermentləri ilə reaksiyaya girir və mühafizə pərdəsi yaradır. Alimlər kofeindən başqa, qəhvənin digər bütün tərkib hissələrinin təsirini tədqiq ediblər.
Əvvəllər tədqiqatçılar tərəfindən müəyyən olunub ki, qəhvə ürək-damar xəstəlikləri ilə mübarizə aparır və şəkərli diabetin qarşısını almaqda kömək edir. Bununla yanaşı, alimlər müəyyənləşdiriblər ki, qəhvə hətta kofeinsiz olsa belə, sirrozun və qaraciyərin piy xəstəliyinin inkişafını dayandırır.
Tədqiqatçılar gəldikləri nəticələri təsdiq etmək üçün əvvəlcədən gündə neçə fincan qəhvə içdiklərini bildikləri 27 min kişi və qadında qaraciyər xəstəlikləri markerlərinin olması ilə bağlı qan testlərinin nəticələrini analiz ediblər.
Gündə üç fincandan artıq qəhvə içən iştirakçılarda qaraciyərin xəstə vəziyyətdə olduğundan xəbər verən dörd fermentin hamısı mümkün həddən aşağı olub. Bu cür effekt kofeinsiz qəhvə içməyə üstünlük verən adamlarda da müşahidə edilib.

Mənbə:Milli.Az

 

24 mart 2015
GO BACK