Qadin.NET / İrəvanda kütləvi uşaq epidemiyası

İrəvanda kütləvi uşaq epidemiyası

 

İrəvanda kütləvi uşaq epidemiyası

Ermənistanın paytaxtı İrəvanda tibb mərkəzlərinə xəstə uşaqların axını var.
ANS PRESS-in məlumatına görə, paytaxtdakı "Arabkir" klinikasının direktoru Nina Arikyan bu haqda danışıb. Onun sözlərinə görə, bəzi günlərdə yeni xəstələr üçün nəinki palata, heç dəhlizdə də yer olmur. Buna görə xəstələri məcburən başqa klinikalara yönəldirlər. 
Ermənistanda 3 uşaq anası olan bir qadın da vəziyyətdən narahat olduğunu deyib. Qadın öz qızını müayinə üçün gətirəndə klinikada çox adam olduğunu, həkimlərin xəstələri müayinə etməyi çatdırmadıqlarını deyib. "Həkimləri gələn xəstələri müayinə etməyi güclə çatdırırdılar. Bəzi xəstələri hətta başqa klinikalara da göndərirdilər. Amma tezliklə oradan da zəng etdilər ki, "daha bizə xəstə göndərməyin, bizim də yerimiz yoxdur. Boş yer olmadığı üçün mənim qızımı heç xəstəxanaya da yerləşdirmədilər", - deyə qadın bildirib.
Ermənistanda başqa xəstəxanaların direktorları da tez-tez yer qıtlığının, xəstələrin həddən artıq çox olduğunu qəbul edirlər. "Əgər xəstənin müaciət etdiyi bölmədə yer olmursa, biz həmin xəstəni başqa şöbələrin palatalarına yerləşdiririk", - deyə həkimlərdən biri bildirib.
Qeyd edək ki, Ermənistan mətbuatı uşaqların kütləvi xəstələnməsinin səbəblərini açıqlamayıb.

Mənbə:ANS PRESS

 

24 mart 2015
GO BACK