Meteoroloji şəraitin düzgün seçilməməsindən zəncirvari yol qəzası baş verib.
"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, martın 23-ü təxminən saat 11:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 19-cu km-də şəhərə gəliş istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Meteoroloji şərait düzgün seçilmədiyi üçün 6 avtomobilin iştirakı ilə baş verən qəzada yol təssərrüfatına ziyan dəyib.
Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC və Baş Dövlət Yol Polisinin əməkdaşları ilə birgə baş vermiş hadisə ilə bağlı akt tərtib olunub. Qəza nəticəsində 77,4pm əyrixətli tir sıradan çıxıb. Hazırda avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində iş aparılır.
Mənbə:Milli.Az