Qadin.NET / İti öpmək faydalıdır?

İti öpmək faydalıdır?

 

Alimlər hesab edirlər ki, itlərin bağırsağındakı mikroblar insan orqanizminə "probiotik" təsir göstərə bilər. Milli.Az xarici KİV-ə istinadən bildirir ki, bu ehtimalı yoxlamaq üçün Arizona Universitetinin alimləri könüllülərdən ibarət dəstə yığırlar.
Ekspertlər itlərlə sıx təmasların insanların səhhətinə necə təsir edəcəyinə diqqət yetirəcəklər. 
Tədqiqatçılardan biri, antropoloq Kim Kelli deyir: 
"Biz uzun bir zaman itlərlə birlikdə təkamül keçmişik. Amma buna baxmayaraq,  indiyədək itlə insanı bağlayan tellər hələ də aydın deyil - məsələn, insan dördayaqlı dostu ilə özünü niyə bu qədər yaxşı hiss edir? Bəlkə, o, yumşaq, tüklüdür və onu sığallamaq bizə rahatlıq gətirir, yaxud gözlə görünməyən başqa bir şey baş verir? Əslində, sual belə qoyulmalıdır ki, insanlarla itlər arasında gizli əlaqə varmı və bu bizə faydalıdırmı?"  
İnsanın həzm sistemi 500-dən artıq həm yaxşı, həm də pis bakteriya üçün "ev"dir. 
Probiotiklər - "yaxşı" və "faydalı" bakteriya və göbələklər hesab edilir. Çünki onlar bağırsağın sağlamlığına nəzarət edir, qidanı həzm edir, həmçinin immuniteti möhkəmlədir.
Doktor Kelli San-Dieqo Universitetinin tədqiqatçıları ilə birlikdə itlərlə təmaslardan sonra insanların orqanizmində faydalı mikroorqanizmlərin artıb-artmayacağını, bunun xeyirli və ziyanlı tərəfini öyrənməyə çalışacaq. 

Mənbə:Milli.Az

 

23 mart 2015
GO BACK