Qadin.NET / Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı

Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.
“Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.
Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.

Mənbə:Milli.Az

 

22 mart 2015
GO BACK