Dünən dünya Su Gününü qeyd edib.
Bu günə diqqət çəkən mütəxəssislər maraqlı açıqlamalar veriblər.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, çay və qəhvə içənlər gün ərzində çox su içdiklərini düşünsələr də bu belə deyil, çünki hər maye adi suyu əvəz etmir.
Pəhriz mütəxəssisi Gizem Akgül deyir:
"Çay, qəhvə, şorba, meyvə şirəsi kimi içkilərdə su olmasına rəğmən, bunlar suyun faydasını verə bilmir. Yəni gün ərzində sudan qeyri içkiləri qəbul edənlər düşünürlər ki, gündəlik su ehtiyaclarını ödəyiblər. Əslində isə həddən artıq çay və qəhvə içmək diuretik təsir göstərir, yəni suyun orqanizmdən daha sürətli xaric olunmasına səbəb olur. Bu səbəbdən tez-tez çay və qəhvə içənlərə daha çox adi su içməyi tövsiyə edirəm".
Mənbə:Milli.Az