Duz düşünüldüyündən daha təhlükəlidir
Delaver Universitetinin mütəxəssisləri bu mövzuya aid bütün məlumatları yenidən analiz ediblər. Aşkara çıxarıblar ki, duz qan damarlarının divarlarını "hörən" endotelilərin funksiyasını pozur.
Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, duz həmçinin arteriyaların elastikliyi azaldır. Tərkibində yüksək dozada natrium olan pəhriz sol mədəciyin hipertrofiyasına gətirib çıxara bilər. Sol mədəciyin əzələsi bərkiyir, divarı isə elastikliyini itirir. Bu, ürək-qan-damar sisteminə ziyandır.
Həmçinin duzun böyrəyə vurduğu zərəri də unutmaq olmaz.
Duzdan qədərindən artıq istifadə simpatik əsəb sisteminə də təsir edir. Bu, mübarizə və qaçış stress reaksiyası yaradır. Bu səbəbdən neyronların istənilən qıcıqlandırıcıya, hətta əzələlərin yığılmasına həssaslığı artır. Əsəb sisteminin daimi hiperaktivliyi isə ümumi səhhət üçün böyük bəlalar törədə bilər.