Qadin.NET / Üstümüzə yağış gəlir

Üstümüzə yağış gəlir

 

Martın 22-də Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində fasilələrlə yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 22-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

 

Mənbə:ANS PRESS
22 mart 2015
GO BACK