İsrailin baş naziri Benyamin Netanyahunun “Yaxın Şərqdə zorakılıqlar və xaos davam etdikcə Fələstin adda dövlət olmayacaq” sözləri Amerika Birləşmiş Ştatlarını Fələstinə qarşı siyasətində dəyişikliyə getməyə məcbur edib. Ağ Evin mətbuat katibi Coş Örnst qeyd edib ki, hökumət İsrail ilə Fələstin arasındakı münasibətləri yenidən dəyərləndirəcək.
Amerika hökuməti Yaxın Şərqdə sülhə nail olmaq məqsədilə 2014-cü ilin iyul ayına qədər İsrail ilə Fələstin arasında vasitəçilik missiyasını üzərinə götürmüşdü. Lakin İsrailin Qəzzaya hücum etməsi ilə əlaqədar danışıqlar yarımçıq qaldı.
Obama Netanyahunu parlament seçkilərində qalib gəlməsi ilə əlaqədar təbrik edib.
Obama İranla 6-lıq ölkələri arasında nüvə proqramına dair danışıqların təxirə salınması fonunda rəsmi Tehranı İranda saxlanılan Amerika vətəndaşlarını azad etməyə çağırıb.
Coş Örnst: “Bizim İranla danışıqlarımız nüvə proqramı ilə bağlıdır. Lakin biz hər imkanda Amerika vətəndaşlarının taleyi ilə də bağlı məsələni qaldırırıq. Prezidentin ifadələrin də bu öz əksini tapıb”
İran prezidenti Həsən Ruhaninin anasının dünyasını dəyişməsi ilə əlaqədar nüvə proqramına dair danışıqlar təxirə salınıb.
Mənbə:ANS PRESS