Milli.Az-a AFFA-dan verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz, Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib. İlk oyunda futbolçularımızdanZeynal Zeynalov fərqlənib. Özbəkistan millisinin qapısından isə toplarıElvin Quliyev, Sabir Allahquliyev və Renat Sultanov keçirib.
Mənbə: Milli.Az