Qadin.NET / Günəş tutulması başa çatdı

Günəş tutulması başa çatdı

2015-ci ilin ilk tam Günəş tutulması hadisəsi başa çatıb. 
Milli.Az APA-ya istinadən bildirir ki, Novruz bayramına təsadüf edən tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olub. 
Günəş tutulması saat 11:40-da başlayıb və saat 15:48-də başa çatıb. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edib. Günəş tutulması maksimumuna saat 13:44-də çatıb. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə edilib. Belə ki, ölkəmizdən Günəş tutulmasınınmüşahidə olunması saat 13:46-da başlayıb, saat 14:30-da maksimumda olub, saat 15:18-də isə başa çatıb.
 Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olub. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə edilib. 
Qeyd edək ki, bu il iki Günəş və iki Ay tutulması baş verəcək. İlk Ay tutulması aprelin 4-də, növbəti Ay tutulması sentyabrın 28-də, ilk tam Günəş tutulması martın 20-si, növbəti Günəş tutulması isə sentyabrın 13-də qeydə alınacaq.
Mənbə:Milli.Az
20 mart 2015
GO BACK