Qadin.NET / Türk mediası erməni əsgərlərinin məhvindən yazdı

Türk mediası erməni əsgərlərinin məhvindən yazdı

 

 

Türkiyə mətbuatı Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatının qarşını alan zaman düşmənin onlarla itki verməsini geniş işıqlandırıb.
ANS PRESS-in məlumatına görə, "Anadolu" agentliyi başda olmaqla Türkiyənin aparıcı xəbər saytları Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatı yayıblar. 
Türkiyə mediası rəsmi İrəvanın əsgər itkilərini gizlətməsi faktını qabardıb. Və müdafiə naziri Zakir Həsənovun erməni əsgərlərinin ancaq işğal etdikləri torpaqlardan çıxmaları halında sağ qalacaqları barədə bəyanatına da xüsusi yer verilib. 
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.
İşğalçı Ermənistan ordusunun verdiyi çoxsaylı itkilər barədə məlumatı erməni mediası da təsdiqləyib.

Mənbə:ANS PRESS

19 mart 2015
GO BACK