Ermənistanın əsgər anaları Serj Sarkisyana məktub yazıblar.
ANS PRESS-in məlumatına görə, övladları işğal olunmuş Azərbaycan ərazilərində həlak olmuş bir qrup əsgər anası bu gün yenə Ermənistan prezidentinin adminstrasiyası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar övladlarının həlak olması ilə bağlı cinayət işinin açılmasını tələb edirlər. Oxşar məktubu əsgər anaları Ermənistan prezidentinə 2014-cü ilin noyabr ayında yazıblar. Erməni anaları yenə də prezident ofisinin məktublar şöbəsinin rəisi Aida Asatryan qarşılayıb. Məktubu prezidentə çatdırdığını və hələ bir cavab almadığını deyib.
Bu gün Ermənistan ordusu Azərbaycanın işğal edilmiş Ağdərə rayonunun Talış kəndi yaxınlığında 13 nəfər itki verib. Bəlkə də, erməni anaları küçələrə çıxmağa bu barədə yayılan xəbərlər məcbur edib.
Mənbə:ANS PRESS