Qadin.NET / Dünyanın Putin qorxusu

Dünyanın Putin qorxusu

 

 

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanın Minsk razılaşmasını pozacağı halda ona qarşı sanksiyaları artırmağa çağırıb.
ANS PRESS-in məlumatına görə, o, bu gün Brüsseldə Avropa Şurasının sədri Donald Tuskla görüşdən sonra sanksiyalarla bağlı vahid mövqe nümayiş etdirməyin zəruriliyini deyib: "Avropa İttifaqı ölkələri arasında ümumi razılığın olmaması Vladimir Putin üçün böyük uğurlu hadisə, azad dünya üçünsə faciə olacaq."
Baş nazir Avropa İttifaqının Ukraynanın şərqinə sülhməramlı qüvvələr göndərilməsi ideyasını dəstəkləyəcəyinə ümidlə yanaşdığını söyləyib.
Ümumiyyətlə, Aİ-yə üzv olan ölkələrin dövlət başçıları martın 19-da Rusiyaya qarşı sanksiyaların bu ilin dekabradək uzadılması və ya məsələnin iyuna, sanksiyalar bitənədək təxirə salınması barədə qərar verməlidirlər.
Xatırladaq ki, Ukrayna parlamenti martın 18-də Avropa İttifaqı və BMT-ni Ukraynanın şərqinə beynəlxalq sülhməramlı qüvvələr göndərməyə çağıran qətnamə qəbul edib. Ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində rusiyapərəst separatçılarla Rusiya ordusu arasında gedən döyüşlərdə 6 mindən çox insan həlak olub.

Mənbə:ANS PRESS

19 mart 2015
GO BACK