Qadin.NET / Bayram günlərinin hava proqnozu

Bayram günlərinin hava proqnozu

 

Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, sabah paytaxtda və yarımadada mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah əsasən yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. 
Martın 21-də isə əksər rayonlarda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Yağıntılar tədricən kəsiləcək. Rayonların əksəriyyətində havanın yağmursuz olacağı gözlənilir.

 

Mənbə:ANS PRESS
19 mart 2015
GO BACK