Qadin.NET / Nazirlik 11 təhlükəli xəstəliyə qarşı hərəkətə keçdi

Nazirlik 11 təhlükəli xəstəliyə qarşı hərəkətə keçdi

 

 

Bölgələrdə heyvanlar arasında yayıla biləcək xəstəliklərə qarşı mübarizə məqsədilə Dövlət Baytarlıq Xidməti vaksinləmə işlərinə başlayıb.
ANS TV-nin məlumatına görə, bəzi xəstəliklər üçün artıq Türkiyədən iki milyon vaksin gətirilib. Müəyyən olunan 11 xəstəliyin ən çox yayıla biləcəyi ərazilər müəyyənləşdirilərək vaksinlər təyinatı üzrə paylanılıb.
Dövlət baytarlıq xidmətinin rəhbəri Siyalə Rüstəmovanın sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin epizodik tədbirlər planına əsasən heyvanlar arasında yayıla biləcək xəstəliklərin qarşısını almaq məqsədilə öncədən lazımi tədbirlər görülür: "Belə ki, hər il respublika üzrə heyvanlar arasında müəyyən olunan qara yara, dabağ, leptosprioz, qoyunların çiçəyi və bu kimi xəstəliyə qarşısını almaq məqsədilə büdcədən müəyyən məbləğdə maliyyə vəsaiti ayrılır. İl ərzində Kənd Təsərrüfatı Nazirliyinin epizodik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidmət 11 xəstəliyə qarşı vaksinasiya işləri həyata keçirir”.

Mənbə:ANS PRESS

19 mart 2015
GO BACK