ABŞ Rusiyanın Krım yarımadasında nüvə silahlarını yerləşdirməsinə görə narahatdır.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahının rəislər komitəsinin sədri general Martin Dempsi açıqlama verib.
General Rusiya ordusunun nüvə silahlarının Krıma yerləşdirilməsi haqqında məlumatlı olduğunu bildirib.
"Bu silahları görmüşəm. Çox narahatam. Məsələhət görürəm ki, əvvəlki dönəmlərə qayıtmayaq", - deyə Dempsi bildirib.
Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, Krımda qəfil yoxlamalar çərçivəsində yarımadaya РўСѓ 22Рњ3 strateji raket daşıyanlar yerləşdiriləcək.
Mənbə:ANS PRESS