Qadin.NET / Taner Yıldız: "Azərbaycan qazı ucuzdur"

Taner Yıldız: "Azərbaycan qazı ucuzdur"

"Müqaviləyə əsasən Azərbaycan qazı Rusiya təbii qazından daha ucuz qiymətə razılaşdırılıb". 
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. 
O bildirib ki, Şahdəniz qazı Türkiyəyə Rusiya qazından daha ucuz qiymətə nəql edilir: "Hazırda Rusiya ilə yeni bir layihə olmasına baxmayaraq bu gerçək dəyişməyib. Azərbaycan təbii qazı Rusiya qazından daha ucuzdur", - deyə nazir bildirib.
Taner Yıldız həmçinin Türkiyə-Rusiya arasında təbii qazın alqı-satqısı məsələsinə də toxunub. Nazir mətbuatda yayılan məlumatların əsassız olduğunu deyib və həmin xəbərləri təkzib edib. 
O bildirib ki, Rusiyadan təbii qaz alışında 10,25%-lıq endirim əldə edilib və bu Türkiyə üçün uğurlu nəticə olaraq qəbul edilməlidir.

Mənbə:ANS PRESS

19 mart 2015
GO BACK