Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə qeyri-adi klip hazırlanıb. ANS PRESS-in məlumatına görə, Çanaqqala türküsü adlandırılan ifanı bu dəfə Zonquldakın "Sazdan Adam" qrupu ifa edib. 100 saç ifaçısı türkünü suda, quruda və havada ifa edib.
Klipdə Türkiyə ilə yanaşı, Rusiya,Çin,Hollandiya və ABŞ-dan da görüntülər yer alıb.
Bu işi ərsəyə gətirmək üçün 10 ay lazım olub. Qrupun rəhbəri Mehmet Ali Ürkmez bu yola şəhidlərin xatirəsini yaşatmaq istədiklərini deyib.
Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib.
Bu döyüşlərdə 3 mindən çox Azərbaycanlı əsgər də şəhid olub.
Mənbə:ANS PRESS