Qadin.NET / ABŞ Rusiyanı nəzarətə götürüb

ABŞ Rusiyanı nəzarətə götürüb

 

 

Birləşmiş Ştatlar Rusiyanın planlaşdırdığı hərbi təlimlər barədə xəbərləri diqqətlə izləyir.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki brifinqdə bildirib. Onun sözlərinə görə, nəzarətə götürülən tədbirlər sırasında Arktika və Kalininqraddakı təlimlər, həmçinin strateji bombardmançıların Krımdakı hərbi bazaya yerləşdirilməsi daxildir. 
“Biz plan üzrə hərbi təlimlərin keçirilməsinin vacibliyini qəbul edirik. Amma istənilən bu cür fəaliyyət beynəlxalq hüquqa uyğun olmalıdır, başqa dövlətlərin hüquqlarının, başqa təyyarələrin və gəmilərin təhlükəsizliyinin nəzərə alınması ilə keçirilməlidir”, - deyə Psaki vurğulayıb. 

Mənbə:ANS PRESS

18 mart 2015
GO BACK