Qadin.NET / Ardanın meydançada halı pisləşdi

Ardanın meydançada halı pisləşdi

 

 

"Atletiko Madrid"in türk futbolçusunun meydançada halı pisləşib.
ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasında "Bayer Leverkuzen"lə qarşılaşan "Atletiko"da Arda Turanın həyəcanı diqqətlərdən qaçmayıb. 
Futbolçu matç penaltilərə getdikdən sonra daha da həyəcanlanmağa başlayıb. Ardanın məhz bu səbəbdən vəziyyəti pisləşib və meydançanı xərəkdə tərk edib. 
Klubdan verilən məlumata görə, Arda Turan həddindən artıq stress keçirib və buna görə təzyiqi düşüb. Başı fırlanan futbolçu həkimlərdən kömək istəyib. 
Futbolçuya ilk yardım soyunma otağında edilib. Həkimlər bildirib ki, futbolçunun vəziyyəti hazırda yaxşıdır və narahatlığa səbəb yoxdur. 

Mənbə:ANS PRESS

18 mart 2015
GO BACK