Qadin.NET / Putin “soyqırım” tədbirinə gəlmir?

Putin “soyqırım” tədbirinə gəlmir?

 

 

Ermənistan KİV-ləri Rusiya lideri Vladimir Putinin uydurma erməni soyqırımının yüzilliyi ilə bağlı aprelin 24-də keçiriləcək tədbirə gələcəyinə inanmırlar. 
ANS PRESS-in məlumatına görə, erməni şərhçi Naira Hayrumyan bu gün dərc etdirdiyi məqaləsində Vladimir Putinin İrəvana gəlməyə razılıq verməsi məsələsinə xeyli ritorik yanaşıb. 
“İstina edilmir ki, son məqamda qəflətən Putinin nənəsi xəstələnəcək və o, İrəvana gələ bilməyəcək”,- deyə şərhçi vurğulayıb. 
Onun fikrincə, İrəvanda keçiriləcək tədbirlərin əsas məqsədi 1915-ci il hadisələrinə geri qayıtmaqdır. “Bunun üçün Rusiya-Türkiyə müqavilələri qüvvədən salınmalıdır”, - deyə bildirən Naira Hayrumyan elə eyni məqaləsində bu məsələnin inandırıcı olmadığını bildirib: “Politoloqlar Osmanlı imperiyasının dağılmasından 100 il sonra Rusiya - Türkiyə alyansının təkrarlanması ehtimalını həddindən inandırıcı sayırlar. Şərait 100 il əvvəlin gerçəkliklərindən elə də güclü fərqlənmir”. 
Erməni şərhçi istər-istəməz 100 ilə əvvəl olduğu kimi erməni xalqının siyasi liderlərinin avantüristliyi nəticəsində böyük fəlakətlə üz-üzə qalacağını proqnozlaşdırıb. Yüz il qabaq Osmanlı imperiyasına xəyanət yolunu tutmuş ermənilər min illərlə yaşadıqları bölgəni - Van gölü ətrafını tərk etməyə məcbur oldular. Eyni aqibət erməniləri yaxın gələcəkdə ənubi Qafqazda da gözləyir. 

Mənbə:ANS PRESS

18 mart 2015
GO BACK