Qadin.NET / İrəvan sülhdən imtina edir

İrəvan sülhdən imtina edir

 

 

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində böyük sülh sazişi üzərində iş üçün işçi qrupun yaradılmasından imtina edir. 
ANS PRESS-in məlumatına görə, bu barədə bu gün jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir vurğulayıb ki, Ermənistanın təcavüzkar ritorikası bu məsələdə nikbin olmağa imkan vermir. 
Nazirin dediyinə görə, həmsədrlərin sonuncu səfəri zamanı tərəflərə kommunikasiyalar və məcburi köçkünlərlə bağlı işçi qrupunun yaradılması təklif olunub, amma İrəvan bu təklifi rədd edib. 

Mənbə:ANS PRESS

18 mart 2015
GO BACK