Qadin.NET / Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

 

 

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 19-da səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz cənub-şərq küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Mənbə:ANS PRESS

18 mart 2015
GO BACK