Facebook sosial şəbəkəsi ABŞ-da öz ödəmə sisteminin yaradılması haqqında elan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər verir. Məlumata əsasən, istifadəçilər sadəcə Facebook Messenger quraşdıraraq, bir-birinə pul vəsaiti göndərə bilərlər. Görülmüş transaksiyalara görə Facebook əlavə vəsait tutmayacaq.
Ödəmə sisteminin ABŞ-da bu yaxınlarda işə düşəcəyi bildirilir.
Mənbə: Milli.Az