Qadin.NET / İbrahimoviç Parisdən qovulur

İbrahimoviç Parisdən qovulur

 

 

Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ölkəni tənqid edənlərin Fransadan çıxmasını təklif edib. 
ANS PRESS-in məlumatına görə, o, PSJ klubunun futbolçusu Zlatan İbrahimoviçin Fransa çempionatında hakimlər haqqında dediyi sözlərə reaksiya verərək bildirib.
O deyib: "Fransanı kim murdar ölkə hesab edirsə, hər şey sadədir, buradan çıxıb gedə bilərlər."
Futbolçunun sözlərinə həmçinin rəsmi hökumət nümayəndələri də reaksiya veriblər. Fransanın idman naziri Twitter səhifəsində isveçli oyunçunun fikirlərini təhqiredici adlandırıb və onu ictimaiyyətdən üzr istəməyə çağırıb.
Z.İbrahimoviç isə nazirə cavabında deyib ki, sözlərim Fransaya və onun vətəndaşlarına qarşı yönəldilməyib. Mən yalnız futbol haqqında danışmışam.
Xatırladaq ki, martın 15-də "Bordo" komandasına məğlubiyyətdən sonra (2:3) PSJ-nin futbolçusu Z.İbrahimoviç hakim heyətini kəskin şəkildə tənqid edib: "Mən 15 illik futbol karyeramda heç vaxt bu murdar ölkədə belə pis hakimlik görmədim. Fransa ona layiq deyil ki, PSJ onun çempionatında çıxış etsin."

Mənbə:ANS PRESS

18 mart 2015
GO BACK