Qadin.NET / Türkiyədən ABŞ-a sərt təpki

Türkiyədən ABŞ-a sərt təpki

 

 

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu amerkalı həmkarı Con Kerrinin sözlərinə sərt reaksiya göstərib.
ANS PRESS-in məlumatına görə, Cavuşoğlu Bəşər Əsədi 200 min insanın qatili adlandırıb: "Əsədlə müzakirə ediləcək nə var? 200 mindən çox insan öldürüb".
Onun sözlərinə görə, Suriyadakı bütün problemlərin kökündə Əsəd rejimi dayanır: "Suriyada vəziyyətin dəyişməsi üçün rejimin getməsi və hər kəsin maraqlarını təmin edən bir rəhbərliyin iş başına gəlməsi lazımdır". 
Türkiyə xarici işlər naziri Suriyada həll edilməsi lazım olan iki problem olduğunu vurğulayıb: "Bunlardan birincisinin İŞİD və digər terror təşkilatlarını yox etməkdirsə, ikincisi isə Əsəd rejiminin getməsi və Suriyada siyasi dəyişikliyin təmin edilməsidir".
Bölgədəki terror təşkilatlarına ən böyük dəstəyi Suriya rejiminin verdiyini işarə edən Çavuşoğlu sözlərinə belə davam edib: "Əgər Əsəd rejimi bu terror təşkilatlarına dəstək verməsə, işimiz asanlaşar" deyiriksə bu da düzgün yanaşma deyil".

Mənbə:ANS PRESS

17 mart 2015
GO BACK