Ukrayna baş naziri Arseni Yatsenyuk müharibə mesajı verib.
ANS PRESS-in məlumatına görə, baş nazir Ukrayna Silahlı Qüvvələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini tələb edib.
Qeyd edək ki, bundan əvvəl Yatsenyuk açıqlama vermişdi ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir.
"Biz nüvə silahına malik Rusiya Federasiyası ilə müharibə şəraitindəyik. 8 ay bundan əvvəl heç bir avropalı həmkarımız inanmırdı ki, bizim ordumuz Rusiya tərəfindən dəstəklənən Yanukoviç tərəfindən məhv edilir", - deyə baş nazir bildirmişdi.
Xatırladaq ki, bu il fevralın 12-də Minskdə 16 saat danışıqlardan sonra danııqların davam etdirilməi barədə razılıq əldə olunmuşdu.
Mənbə:ANS PRESS