2010-2014-cü illərdə Avropada satın alınan silahların 13 faizi Azərbaycan Silahlı Qüvvələrinin payına düşüb.
ANS PRESS-in məlumatına görə. bu barədə Stokholm beynəlxalq sülh problemlərinin tədqiqatı institutunun (SIPRI) bu gün dərc etdiyi məruzədə bildirilir. Məruzəyə görə, 2010-2014-cü illərdə Avropanın ən çox silah alan ölkəsi Böyük Britaniya olub və qitədə alınan silahların 14 faizi məhz Londonun payına düşüb.
Dumanlı Albiondan 1% geridə qalan Azərbaycan siyahıda 2-ci yeri tutub. 2010-2014-cü illərdə Azərbaycanının satın aldığı silahların toplam qiyməti 2005-2009-ci illərin göstəricisindən 249% çox olub. Azərbaycan silahların 85%-ni Rusiyadan alıb.
Mənbə:ANS PRESS