Qadin.NET / Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək

Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) görüş keçirilib.
ANS PRESS-in DQİDK-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş martın 16-da keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib. Görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub. 
Görüşdə həmçinin qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub. Sonda Komitənin sədri Mübariz Qurbanlı Səmyar Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.

Mənbə:ANS PRESS

17 mart 2015
GO BACK