Qadin.NET / Kişi arvadını çemodanla apardı

Kişi arvadını çemodanla apardı

 

 

Polşada sərhədçilər qəribə hadisə ilə üzləşiblər. ANS PRESS-in məlumatına görə, Fransa vətəndaşı rus arvadını çemodanla öz ölkəsinə keçirmək istəyib. 
Məlumata görə, qadının sənədlərində problem olub. Bunun üçün də qanuni yollarla ölkəni tərk edə bilməyib. 
Qəribə baqaj Terespolda gömrükçülərin diqqətini cəlb edib. "Moskva-Nitsa reysində sərhəd buraxlış məntəqəsinin əməkdaşlarının diqqətini iri çemodan çəkib. Baqaja yoxlama keçirən polislər gözlərinə inanmayıblar. Belə ki, çemodanın işərisində insan- qadın olub". 
Çemodandan çıxarılan qadın səhhətinin normal olduğunu deyərək həkim müayinəsindən imtina edib. 
İndi rusiyalı qadın fransız əri ilə birlikdə qanunsuz əməllərinə görə məhkəmədə cavab verməli olacaqlar. Polşa qanunlarına görə, onlar 3 il azadlıqdan məhrum ola bilərlər. 

Mənbə:ANS PRESS

17 mart 2015
GO BACK