Milyarder həkimləri tanıyırsız? ANS PRESS-in məlumatına görə, dünyanın ən varlı həkimlərinin siyahısı hazırlanıb.
İlk beşliyə Patrik Sun Şing, Tomas Frist, Filip Frost, Vu Yilinq və Qeri Mişelson adlı milyarder həkimlərdir.
1. Dünyanın ən varlı həkimləri siyahısına Patrik Sun Şinq (Patrick Soon-Shiong) başçılıq edir. ABŞ vətəndaşı olan bu həkimin var - dövləti 15 milyard dollar dəyərləndirilir. 63 yaşlı Patrik xərçənglə mübarizədə böyük xeyriyyəçi rolu oynayıb və gəlirinin çox hissəsini xeyriyyəçiliyə xərcləyir.
2. İkinci yerdə həkim - cərrah Tomas Frist (Thomas Frist). O, gəlirlərinin böyük hissəsini poliklinikaların alış-satışı nəticəsində qazanıb. Tomasın əmlakı 7 milyard dollardır. O da gəlirlərinin böyük hissəsini xeyriyyəçilik fəaliyyətinə sərf edir.
3. Filip Frost (Phillip Frost) 3,8 milyard dollarlıq var-dövləti ilə siyahıda üçüncü ən varlı həkimdir. Bu həkim tibb sahəsində fəaliyyətilə seçilmir. O, pullarını əczaçılıq şirkətləri yaratmaq və satmaqla 7,8 milyard qazanmışdı. Müəyyən səbəblərdən var-dövləti 4 milyard azalıb.
4. Dördüncü yerdə çinli Vu Yilinq ( Wu Yiling) qərarlaşıb. Bu həkim milyarderlər siyahısına düşənə qədər 11 il çalışıb. O, 1992-ci ildə özünün xalq təbabəti dərmanlarını satan şirkətini yaradıb. Bu şirkəti satdıqdan sonra 1,7 milyard dollar qazanıb.
5. Qeri Mişelson (Gary Michelson) beşinci yerdədir. Onun ümumi varidatı 1, 55 milyard dollarlıq əmlaka sahibdir. Bu həkim ortopedik cihazlar, dərman və metodlar üzrə 250 patentin sahibidir. O, özünün patentlərini bir hissəsini Medtronic şirkətinə satmaqla varlanıb.
Mənbə:ANS PRESS