Bakı şəhər İcra Hakimiyyəti İlaxır çərşənbəyə xüsusi tədbirlər planı hazırlayıb.
ANS TV-nin məlumatına görə, Bakı şəhər İcra Hakimiyyəti ötən illərlə müqayisədə bu ilki İlaxır, yəni Torpaq çərşənbəsini xüsusi qeyd edəcək. Belə ki martın 17-də saat 11-00 da metronun İçərişəhər stansiyasının yanından Novruz personajlarının iştirakı ilə bayram karvanı hərəkət edəcək. Bu karvan Bakının Füzuli meydanın qarşısındakı yeni istirahət parkından keçəcək. Həmçinin Azadlıq meydanı, Koroğlu stansiyasının yaxınlığında yerləşən Büllur fəvvarənin ətrafındakı istirahət parkı, Səməd Vurğun istirahət parkında da Novruz şənlikləri keçiriləcək. Mərkəzi Bankın qarşısındakı parkda Novruz personajlarının iştirakı ilə bayram tonqalı alovlandırılacaq. Bu çərşənbənin ən böyük tonqalını isə paytaxt sakinləri saat 19:00-da Qoşa qala qapısının qarşısında görə biləcəklər.
Dənizkənarı Bulvar İdarəsi də İlaxır çərşənbəyə özünəməxsus hazırlaşıb.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bulvarda hər bir region özünün məhsulları ilə iştirak edəcək. Bu məhsulların burada həm nümayişi, həmdə satışı təşkil olunacaq. Bu il Azərbyacanda idman ili olduğu üçün bayram şənliyində idman göstərişlərinə daha çox yer ayrılıb.
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq etdi.
Bayram günlərində tək mərkəzi parklarda yox, binaların qarşısı və məhəllələr daxilində də bayram tonqalları alovlanacaq. Bayram tonqallarının elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılması tövsiyyə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidməti xüsusilə valideynləri diqqətli olmağa çağırıb.Onlardan tonqal ətrafına yığışan azyaşlıları nəzarətdə saxlamaq, eyni zamanda əhalidən ocaq tam sönənədək alova nəzarət etmələri xahiş olunub.
FHN-nin əməkdaşı Hikmət Cəfərov tonqal ətrafına toplaşan uşaqların odla ehtiyatlı davranmağını, valideyinlərin uşaqlarını nəzartəsiz qoymamalarını tövsiyyə etdi.
Mənbə:ANS PRESS