Qadin.NET / "Dünyanın ən çirkin" qızı necə dəyişdi

"Dünyanın ən çirkin" qızı necə dəyişdi

 

 

Dünyanın "ən çirkin" adlandırılan qızı "ən cəsur" qadın adına layiq görüldü. 
ANS PRESS-in məlumatına görə, Lizzi Velaskes dünyanın ən nadir xəstəliklərindən birindən əziyyət çəkir. Belə ki, onun çəkisi olduqca aşağıdır. 26 yaşlı gənc qızı sözün əsl mənasında bir sümük, bir dəridir. Xəstəliklə bağlı olaraq onun orqanizmi kaloriləri toplaya bilmir. Gün ərzində xeyli qida qəbul etsə də, onun çəkisi dəyişilməz qalır. 
Çəki azlığı ilə bağlı olaraq onun səhhətində də ciddi problemlər yaşayır. həyatı boyu çəkisi 29 kq-dan artıq olmayan Lizzinin bir gözü görmür. 
Bir gün o internetdə "dünyanın ən çirkin qızı" seçilməsi barədə xəbər görür. Onun barəsində danışanlar qızın intihar etməli olduğunu deyirdilər. Həyatı xəstəliklə mübarizədə keçən Liz dərin təəssüf hissi keçirsə də, cəsarətli addım ata bilir. O, həyat hekayəsini anladan bir sənədli filmin qəhrəmanı olub. 
O, artıq qiymətli vaxtını həkimlər, xəstəxanalrda keçirmək qərarından daşınıb və görüntüsü ilə barışmağa qərar verib. Ailəsi isə qızlarının bu qərarından tam məmnun olmasa da onu dəstəkləyəcəyini deyib. 
26 yaşlı qız məktəblərdə konfranslar verməyə başlayıb, o insanların münasibətləri haqqında çıxışlar edərək həm başqalarına kömək edib, həm də külli miqdarda yardım toplaya bilib. Onun çıxışlarını internetdə milyonlarla insan izləyib. 
İnsanların görünüşünə görə təhqir və alçaldılmalar lə mübarizəyə başlayan Lizzi "Cəsur ürək: Lizzi Velasquez" adlı sənədli filmin qəhrəmanına çevrilib. 

 

"Dünyanın ən çirkin" qızı necə dəyişdi
Mənbə:ANS PRESS

 

17 mart 2015
GO BACK