Rusiya prezidenti Vladimir Putin Şimal Donanmasının, Qərb Hərbi Dairəsinin və Hərbi Desant Qüvvələrinin ayrı-ayrı birləşmələrinin tam döyüş hazırlığına gətirilməsi barədə əmr verib.
ANS PRESS-in məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
O bildirib ki, ilk olaraq döyüş hazırlığının yoxlanılmasına 38 min hərbi qulluqçu cəlb edilib.
Bundan əlavə, 3 min 36 hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot da döyüş hazırlığı vəziyyətinə gətiriləcək.
Putinin qəfil əmrinin nə ilə bağlı olduğu dəqiq bilinmir.
Mənbə:ANS PRESS