“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq. Bunlar Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Ukrayna və Macarıstandır.
ANS PRESS-in məlumatına görə, bu haqda Fairmont Baku mehmanxanasında “Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə iştirak edəcək millilərin təqdimat mərasimində məlumat verilib.
Yığmamız A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq. B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan qərarlaşıb.
Mənbə:ANS PRESS