Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Kubada açılan internet kluba böyük maraq var.
"Kcho" ləqəbi ilə tanınan bir rəssamın açdığı internet kluba gələnlər "Facebook", "Twitter" kimi sosial şəbəkələrə girir, xaricdəki qohumları ilə ünsiyyət qururlar.
Sürətin zəif olmasına baxmayaraq gənclər yenə də xoşbəxt olduqlarını deyirlər.
Hakimiyyətlə yaxşı əlaqələri olan "Kcho" internet klub açmaq icazəsini ölkənin mədəniyyət nazirliyindən alıb.
Kubada internetin aylıq qiyməti 900 dollar olduğuna görə hər kəs istifadə edə bilmir.
Mənbə:Milli.Az