Qadin.NET / Putinə qorxulu xəbər

Putinə qorxulu xəbər

 

 

Rusiyalı müxalifətçi lider Boris Nemtsovun qətlinə səbəb olduğu ehtimal edilən hesabat geniş ictimaiyyətə təqdim ediləcək.
ANS PRESS-in məlumatına görə, rusiyalı müxalifətçi İlya Yaşin bildirib ki, yaxın dostunun ölümündən qabaq üzərində işlədiyi Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprel ayının ortalarında dərc olunacaq. 
Yaşinin deyib ki, Nemtsov tərəfindən toplanmış materialları çapa hazırlayıb, amma bu işi yekunlaşdırmaq üçün ekspertlərdən ibarət komanda yaradıb. 
Onun sözlərinə görə, qətl hadisəsindən sonra Nemtsovun evində və ofisində aparılan axtarışlara baxmayaraq materialların böyük hissəsini bərpa etməyi bacarıb. Çünki dostu materialların çoxunu müstəntiqlərin axtarış aparmadığı RPR-PARNAS partiyasının ofisində saxlayırdı. Qalan hissələr isə hesabatın hazırlanmasında Borisə kömək edən əməkdaşlara olub. 
Bu axtarışlar zamanı Nemtsovun kompüteri və sənədləri müstəntiqlər tərəfindən götürülmüşdür.
Bu hesabatda Kremlin, daha dəqiq desək prezident Vladimir Putinin Ukraynadakı münaqişədə siyasi və hərbi müdaxiləsindən söhbət gedir. Hansıki, Moskva bu münaqişədə iştirakını hər dəfə təkzib edib. 

Mənbə:ANS PRESS

15 mart 2015
GO BACK