Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin şərqindəki münaqişə ilə bağlı nikbin açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, Poroşenko "1+1" televiziya kanalına müsahibəsində bildirib ki, münaqişə getdikcə səngiyir.
"Bundan sonra növbəti mərhələ Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərində seçkilərin keçirilməsi olacaq”,- deyə Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Donetskə yerli özünü idarəetmə hüququ verəcəyinə təminat verir: "Seçkilər üçün uyğun şərait yarananda, keçirləcəyi nəzərdə tutulub. Həmin ərazilərdə Ukraynanın suvernliyini, Ukrayna hakimiyyətinin səlahiyyətini bərpa etmək üçün əlimizdən gələni edəcəyik".
Poroşenko vurğulayıb ki, Ukrayna silahlı qüvvələri öz müdafiə qabiliyyətini möhkəmlndirməkdə davam edir: "Kiyev silah təchizatı barədə, o cümlədən Avropa Birliyinin 11 dövlətilə sazişlər bağlayıb".
Mənbə:ANS PRESS