İtalyan neyrocərrahı Serdjio Kanavero dünyada ilk dəfə olacaq bir əməliyyat keçirməyi planlaşdırır.
ANS PRESS-in məlumatına görə, cərrah əməliyyatla insanın başını dəyişdirə biləcək.
Bu ildən əməliyyatlara hazırlıq başlanacaq. Kanaveronun sözlərinə görə, əməliyyat 2017-ci il dən tez olmayacaq.
Bu yolla əzələlərin və əsəb sisteminin degenerasiyasından əzab çəkən insanların həyatlarını xilas etmək olar. Cərrah hesab edir ki, texnologiyanın inkişaf səviyyəsi belə əməliyyatı keçirməyə imkan verir.
İnsanın başının yerini dəyişdirməyə icazə verən texnologiyanın mahiyyətini Kanavero “Surgical Neurology International” onlayn-jurnalına açıqlayıb. Donor orqanı və xəstənin başı soyudulacaq ki, orqanizm oksigensiz hansısa bir vaxt ərzində yaşaya bilsin. Boyunun ətrafında işlər neştərlə aparılacaq, qan damarları boruların köməyi ilə birləşdiriləcək və onurğa sonluğu xüsusi yapışqanla yapışdıracaqlar. Sonra pasiyenti təxminən dörd həftə komada saxlayacaqlar ki, orqanizmdə bərkimə getsin.
Əsəblərin arasında əlaqələrin bərkidilməsi üçün onurğa beyini daxil edilmiş elektrodların köməyi ilə stimullaşdırılacaqlar.
Alimin sözlərinə görə, oyandıqdan sonra pasiyent hərəkət edə, əzələlərini hiss edə və hətta əvvəlki səslə danışa biləcək. İl ərzində o yeriməyi öyrənəcək.