Qadin.NET / 10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı

10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı

 

 

Vinsent Van Qoqun “Alfons Dodenin dəyirmanı” əsəri son yüz il ərzində ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.
ANS PRESS-in məlumatına görə, bundan əvvəl əsərin müəllifi ilə bağlı şübhələr olduğu üçün ictimaiyyətə göstərilmirdi. Britaniya tədqiqatçıları Amsterdamdakı Van Qoq muzeyi ilə birgə ekspertiza həyata keçiriblər və nəticələr əsərin həqiqətən də Van Qoq tərəfindən çəkildiyini təsdiq edib. 
Holland rəssamının rəsm əsəri martın 13-də Niderlandın Maastrixt şəhərində TEFAF incəsənət yarmarkasında nümayiş etdirilib. Postimpressionist Vinsent Van Qoqun əsərləri hazırda dünyada ən bahalı işlərdən biri hesab olunur və onun bu əsəri təqribən on milyon dollar dəyərində qiymətləndirilib. 
“Alfons Dodenin dəyirmanı” 

10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı

Əsərin 1888-ci ildə çəkildiyi bildirilir. Orada üzümlüklərin əhatəsində və mərkəzində sınıq külək dəyirmanı təsvir olunmuş mənzərə canlanır. Əsər kağız üzərində qrafit, qamış qələm və mürəkkəbdən istifadə edilməklə çəkilib. Sonra üzəri akvarellə örtülüb.

Mənbə:ANS PRESS

14 mart 2015
GO BACK