Qadin.NET / Öz kəşflərinin qurbanı olan 10 dahi

Öz kəşflərinin qurbanı olan 10 dahi

Öz ixtiralarının qurbanı olan dahiləri tanıyırsız? ANS PRESS bu gün öz kəşfini sınaqdan keçirərkən dünyalarını dəyişən 10 ixtiraçı ilə sizi tanış edəcək:
1. Mariya Küri – kimyaçı
Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib.

2. Vilm Nelson - ixtiraçı 

24 yaşlı ixtiraçı "Ceneral Elektrik" kompaniyasında işləyib. O motorlu velosiped ixtira edib. Nelson 1903-cü ildə öz yaratdığı işi sınaqdan keçirərkən ölmüşdü.

3. Horas Louson Hanli – hərbçi
Konfederasiya ordusunda hüquqşünas və dəniz mühəndisi kimi fəaliyyət göstərən Hanli ABŞ Vətəndaş Müharibəsində sualtı qayıq ixtirası ilə məşhurlaşıb. Sualtı qayıqla ilk səfərində 9 nəfərlik heyətin 5 nəfəri dünyasını dəyişib. Daha bir sınaqda özü də içində olmaqla bütün heyət ölür.

4. Aleksandr Boqdanov – həkim
Boqdanovun adı bəlkə çoxuna yaddır, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. İqtisadçı, professor, həkim Boqdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürüb. 11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düçar olub. Həkimlər onun infeksiyalı, yaxud uyğun olmayan qan istifadə etdiyi üçün öldüyünü deyirlər.

5. Frans Rayxelt – plaş-paraşütü yaradan
Dərzi Frans Rayxelt öz uçmaq marağı ilə mübarizə aparıb. İlk cəhd uğurlu alınmır və o beşinci mərtəbədən yıxılır. İxtiraçı eksperimentin niyə alınmadığını heç cürə anlamırdı. Və bu zaman o, qərar verir ki, mənzili torpağa çox yaxın yerləşir. Polis və hüquq-mühafizə orqanları Eyfel qülləsindən tullanmağa cəhd edərkən onu dəfələrlə həbs etmişdilər. Amma bütün bunlara rəğmən, dostların və təsadüfi tamaşaçıların dilə tutmalarına baxmayaraq, tullanma baş tutur və paraşüt açılmır...

6. Uilyam Ballok – naşir

1863-cü ildə fırlanan çap maşınını kəşf edən Uilyam Ballok bir gün təsadüfən xarab olan maşına əsəbiləşərək onu təpikləyib. Belə bir versiya da var ki, bilməyərəkdən ayağı maşının harasınasa ilişib. Ayağı infeksiyaya yoluxub və o, bir müddət sonra qanqrenadən dünyasını dəyişib.

7. Kiçik Harri Daqlian və Lui Slotin
Hər iki fizik Los-Alamosda atom bombası icad etmək üzərində işləyirdilər. Onlar radiasiyanın təsirindən 1945 və 1946-cı illərdə öldülər.

8. Karel Susek

Niaqara şəlaləsini özünün düzəltdiyi çəlləkdə fəth edən daha bir cəsur. 1985-ci ildə həmin çəllək Karel içində olarkən Hyustonda tryuk göstərən zaman dağılmışdı. 

9. Maks Valye
Raket istehsalının pioneridir. O, maye yanacaqlı raket mühərriki ixtira edib. Bu mühərrik raket avtomobilində sınaqdan keçirilərkən partlayıb və Maks Valyeni öldürmüşdü.

10. Tomas Endrüs - memar
İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan “Titanik” gəmisinin mühəndislərindən biri olub. O, Titanik batan həmin gecə - 1912-ci ildə içində idi. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb.

Mənbə:ANS PRESS

14 mart 2015
GO BACK