Ermənistan mətbuatı Azərbaycan nümayəndə heyətinin İrəvana gedəcəyi ilə bağlı məlumat yayıb.
ANS PRESS-in məlumatına görə, Ermənistanın "Haykakan Jamanak" qəzeti Azərbaycan nümayəndə heyətinin Avronestin Ermənistanda keçiriləcık 4-cü plenar iclasında iştirak edəcəyini iddia edib. Qəzet Azərbaycan nümayəndə heyətinin İrəvana getməsinin Türkiyə hökuməti tərəfindən xahiş edildiyini bildirir. Qəzet Azərbaycan nümayəndə heyətinin iclasda qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul olunmasının qarşısını almaq üçün toplantıya qatılacağını bildirib.
Məsələni dəqiqləşdirmək üçün Milli Məclisin mətbuat katibi Akif Təvəküloğlu ilə əlaqə saxladıq. Mətbuat katibi məlumatın heç bir əsasının olmadığını bildirdi.
Mənbə:ANS PRESS