ABŞ dövlət katibi Con Kerri Misir, İordaniya və Fələstin liderləri ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, Misir prezidentinin mətbuat xidməti bildirib ki, görüş Misirin Şar al Şeyx şəhərində keçirilən investisiya konfransı çərçivəsində baş tutub və Yaxın Şərq sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub.
C.Kerri konfrans çərçivəsində İranın nüvə proqramı ilə bağlı Tehranla "Altılıq" arasındakı razılaşma, İŞİD yaraqlıları ilə mübarizə və Suriya münaqişəsinin müzakirəsi ilə bağlı danışıqlar aparacaq.
O, martın 15-də Çenevrdə İranın xarici işlər naziri Məhəmmad Cavad Zariflə də görüşəcək.
Xatırladaq ki, tərəflər bu il iyunun sonunadək yekun razılıq əldə etməlidirlər.
Mənbə:ANS PRESS