Qadin.NET / Məktəblərə XƏBƏRDARLIQ

Məktəblərə XƏBƏRDARLIQ

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məktəblərə növbəti xəbərdarlığını edib.
Komissiyadan Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi prosesi martın 31-də başa çatır. “Şagird-məzun” sisteminə məlumatların daxil edilmə faizi 100-dən aşağı olan rayonların şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiriciləri daxil edilməmiş məlumatları sistemə əlavə edərək, təsdiqlənməsini təmin etməldirlər.
Sistemə, demək olar ki, yalnız Naxçıvan Muxtar Respublikasının bir necə rayonları üzrə məlumatların daxil edilmə faizi 100-ü təşkil edır. Ölkənin qalan rayon və şəhərlərində isə bu göstərici 100 faizdən aşağıdır.

Mənbə:Milli.Az

14 mart 2015
GO BACK