"Bu il təşkilatçılıq ötən illərdəkindən daha yaxşıdır. Ancaq buna baxmayaraq bəzi nöqsanlar da mövcuddur".
ANS PRESS-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bazara gətirilən bəzi məhsullar plastmas butulkalara doldurulur və daha sonra satışa çıxarılır:
"Həmin məhsulların qablaşdırılması və markalanması olmalıdır. Həmçinin yarmarkada satılan balların da qablaşdırılmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı müvafiq işlər görməyi planlaşdırır".
Nazir qeyd edib ki, məhsulların qablaşdırılması və markalanması üçün müəyyən məbləğdə kredit ayrılacaq.
Mənbə:ANS PRESS