Qadin.NET / Bakı böyük sülhdən danışdı

Bakı böyük sülhdən danışdı

 

 

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolter ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumat görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
XİN rəhbəri güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdib.
E.Məmmədyarov konkret vaxt qrafiki çərçivəsində Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu, Ermənistanın qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirdiyini və münaqişənin həllinə maneə olduğunu diqqətə çatdırıb.

Mənbə:ANS PRESS

14 mart 2015
GO BACK