Qadin.NET / Futbol tarixində görünməmiş hadisə

Futbol tarixində görünməmiş hadisə

 

 

Türk futbol tarixində görünməmiş hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, azarkeşlər "Torku Konyaspor"la "Kasımpaşa" arasında baş tutan matçda qəribə hadisəyə şahid olublar. 
Belə ki, qarşılaşmanın 19-cu dəqiqəsində qonaq komandanın futbolçusuna qarşı kobudluq edilib və nəticədə Ryan Babel yerdə qalıb. "Torku Konyaspor"lu oyunçular topun taca atılmasını gözlədiyi bir vaxtda rəqib komandanın futbolçusu topu tora göndərib. 
Qoldan sonra "Torku Konyaspor"lu oyunçular "Kasımpaşa"lı oyunçu Donk və matçın hakiminə etiraz ediblər. Meydançada mübahisə başlayıb, hətta "Kasımpaşa" baş məşqçisi Şota Arveladze də oyuna müdaxilə edilib. Baş məşqçi futbolçularına oyun başladıqdan sonra qol buraxmalarını tapşırıb. 
Oyuna mərkəzdən başlayan "Torku Konyaspor" futbolçuları rəqib komandanın boş qapısına qol vurublar. Bununla da oyunda dava çıxmasının qarşısı alınıb. 

Mənbə:ANS PRESS

14 mart 2015
GO BACK